Çin kosmosa yeni peyk buraxdı



 17:22 13.01.2023     301

Çin kosmosa yeni peyk buraxıb.

Demedia.az xəbər verir ki, “APSTAR-6E” adlandırılan peyk rabitə peykidir. Çinin Sinxua xəbər agentliyinin xəbərinə görə, peyk Sıçuan əyalətindəki “Xichang” peyk mərkəzindən buraxılıb. Peyki kosmosa “Long March 2C” raketi daşıyıb. Peyk Cənub-Şərqi Asiya regionuna yüksək ötürmə qabiliyyətinə malik rabitə xidmətləri göstərəcək.

Məlumata görə, bu, “Long March” raketləri ilə həyata keçirilən 460-cı uğurlu missiya olub.

Bahadur Seyidov