ABŞ-dan Yaponiyaya hərbi dəstək



 09:12 16.01.2023     531

ABŞ prezidenti Co Bayden və Yaponiyanın baş naziri Kişida Fumio ikitərəfli görüşün yekunlarına dair birgə bəyanat yayıb.

Demedia.az xəbər verir ki, birgə bəyanatda liderlər qeyd edib ki, Çin və Şimali Koreyanın Hind-Sakit okeanı bölgəsində artan təxribatlarına görə müxtəlif çətinliklər ortaya çıxıb. Bəyanatda Rusiyanın da Ukraynaya hücumları xatırladılıb və qeyd edilib ki, ABŞ və Yaponiya dünyanın istənilən yerində mövcud status-kvonu zorla dəyişdirməyə yönəlmiş hər hansı birtərəfli cəhdə qarşıdır.

Bildirilib ki, ABŞ Yaponiyanın yeni Milli Təhlükəsizlik Strategiyasını hərtərəfli dəstəkləyəcək.

Bahadur Seyidov