Yaponiya BMT-ni islahatlar aparmağa çağırdı



 10:28 16.01.2023     1165

Yaponiya dünya reallıqlarını daha yaxşı əks etdirmək üçün BMT Təhlükəsizlik Şurasının daimi və müvəqqəti üzvlərinin sayının artırılmasını irəli sürüb.

Demedia.az xəbər verir ki, bu barədə Yaponiyanın xarici işlər naziri Hayaşi Yoşimasa belə deyib. Rusiya-Ukrayna böhranına toxunan Hayaşi, BMT-yə bağlı Beynəlxalq Ədalət Məhkəməsinin 2022-ci ilin martında qəbul etdiyi qərara əsasən Rusiyanın Ukraynadan tamamilə çıxmasını tələb edib.

“Çoxtərəflilik və qanunun aliliyinin qalası” kimi BMT-nin funksionallığını təkmilləşdirməyin həyati əhəmiyyət daşıdığını qeyd edən Hayaşi şurada təcili islahatların aparılmasını irəli sürüb.

Bahadur Seyidov