ABŞ və Cənubi Koreya birgə hərbi təlimlər keçirdi



 18:32 16.01.2023     2222

ABŞ və Cənubi Koreya orduları Şimali Koreya sərhədi yaxınlığında birgə hərbi təlimlər keçirib.

Demedia.az xəbər verir ki, bu barədə Cənubi Koreyanın rəsmi mənbələri məlumat yayıb. Məlumata görə, Paju şəhərində keçirilən birgə hərbi təlimlərə Cənubi Koreya ordusundan bir bölük və ABŞ-ın 2-ci Piyada Diviziyasının “Stryker” döyüş komandası qatılıb. Təlimlərdə ümumilikdə 800-ə yaxın əsgər iştirak edib. Təlimə Cənubi Koreya ordusunun müxtəlif texnikaları, o cümlədən “Baekho” zirehli texnikaları, “Hyungung” tank əleyhinə raketləri, həmçinin “Stryker” zirehli döyüş maşınları və kəşfiyyat təyyarələri cəlb edib.

Qeyd edək ki, Şimali Koreyanın ardıcıl raket testlərindən sonra Koreya yarımadasında vəziyyət gərginləşir.

Bahadur Seyidov