Çin kosmosa 14 peyk göndərdi



 11:19 16.01.2023     334

Çin kosmosa 14 peyk göndərib.

Demedia.az xəbər verir ki, bu barədə Çinin rəsmi mənbələri məlumat yayıb. Bildirilir ki, kosmosa göndərilən peyklər arasında yeri müşahidə etmək üçün nəzərdə tutulan “Çilu-2” və “Çilu-3” peykləri də var. Məlumata görə, peyklər Şaanşi əyalətindəki “Tayyuen” peyk mərkəzindən “Long March 2D” raketi ilə buraxılıb. Peyklər buraxıldıqdan sonra planlaşdırılmış orbital mövqeyə yerləşiblər. Yerli mənbələrin məlumatına görə, bu, “Long March” raketləri ilə kosmosa gndərilən 462-ci uğurlu missiya olub.

Qeyd edək ki, Çin kosmosa intensiv peyklər buraxır.

Bahadur Seyidov