Peruda fövqəladə vəziyyət elan edildi



 14:26 16.01.2023     325

Peruda etirazların şiddətlənərək paytaxt Limaya keçməsindən sonra hökumət bəzi bölgələrdə 30 günlük fövqəladə vəziyyət elan edib.

Demedia.az xəbər verir ki, fövqəladə vəziyyət qərarı Lima başda olmaqla Kusko, Kallao və Puno şəhərlərini əhatə edib. Təhlükəsizlik qüvvələrinə fövqəladə səlahiyyətlər verən 30 günlük fövqəladə vəziyyət çərçivəsində ölkədə toplaşmaq, şəxsi azadlıq və konstitusiya toxunulmazlığı hüquqları müvəqqəti dayandırılıb.

Etirazların şiddətindən və vəziyyətindən asılı olaraq Peru Silahlı Qüvvələrinin də polisə dəstək vermək üçün meydanlara çıxa biləcəyi bildirilir. Nümayişçilər prezident Dina Boluartenin istefasını, erkən seçkilərin keçirilməsini və Konqresin bağlanmasını tələb edirlər. Peru mətbuatının məlumatına görə, 11 dekabr 2022-ci ildən bəri hökumət əleyhinə nümayişlərdə 48 nəfər ölüb, yaralananların sayı isə 700-ü keçib. Hökumət isə etirazlarda 42 nəfərin həyatını itirdiyini açıqlayıb.

Bahadur Seyidov