İmran Xan Pəncabda hakim olduğu əyalət məclisini buraxdı



 16:20 16.01.2023     331

Pakistanın keçmiş baş nazir İmran Xan Pəncabda hakim olduğu əyalət məclisini buraxıb.

Demedia.az xəbər verir ki, İmran Xan növbədənkənar parlament seçkilərinin keçirilməsi üçün hökumətə təzyiq göstərmək məqsədilə belə qərar verib. Xanın müttəfiqi Pəncabın baş naziri Pərviz İlahinin göndərdiyi ləğv qərarı 48 saat keçməsinə baxmayaraq, Pəncab qubernatoru Baliqur Rəhman tərəfindən hələ imzalanmayıb. Qanuna görə, 48 saat ərzində imzalanmayan qərardan sonra Məclis avtomatik olaraq buraxılıb. Parlament buraxıldıqdan sonra müvəqqəti hökumət qurulacaq və 90 gün ərzində Pəncabda yeni seçkilər keçiriləcək.

Hayber Paxtunxvanın rəhbəri Mahmud Xan da vilayət Məclisini buraxdığını açıqlayıb.

Bahadur Seyidov