Vardanyan- Arutunyan-Paşinyan arasında razılaşma... - Politoloq



 15:04 16.01.2023     464

Vardanyan- Arutunyan- Paşinyan arasında münaqişənin açıq fazaya keçirilməməsi qərara alınıb.

Demedia.az xəbər verir ki, bunu politoloq Zaur Məmmədov deyib.

Onun sözlərinə görə, lakin bu, gerçəkliyi dəyişmir:

"Son 4 gündə Vardanyanın teleqram kanalları Arutunyanın imicinə zərbə vurmaq üçün əllərindən gələni etdilər. Dünən dayanmaq qərarına gəlsələr də, əslində hər şey hələ indi başlayır.

Ermənistanda olduğu kimi, Qarabağ erməniləri arasında da hakimiyyət davası böyüyəcək.

Ən çətin vəziyyətdə isə, bu gedişlə Paşinyan qala bilər. Həm hakimiyyəti üçün, həm Azərbaycanla danışıqlarda ciddi pressinq qarşısında qalacaq.

Bu arada, rəsmi Bakı Vardanyanla bağlı qəti mövqeyini aidiyyatı beynəlxalq subyektlərə çatdırıb".

Xəyalə Məmmədova / Demedia.az