Niyə minimum pensiya qalxan kimi pensiya kapitalı da artır?
Aylıq pensiya məbləği hesablanarkən pensiya kapitalı 144-ə bölünüb, bir aya düşən məbləğ tapılır.
Demedia.az xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmirov deyib.
Onun sözlərinə görə, deməli, minimum pensiya qalxarkən qalxmış yeni məbləğ 144-ə vurularaq tərs metodla minimum pensiya kapitalının məbləği tapılır:
"Məsələn, minimum pensiya kapitalı 34560 manat olanda 144-ə bölündü və 240 alındı, yənui minimum pensiya 240 manat oldu. Bu il Prezident bu məbləği 16.7 faiz artırıb 280 manata qaldırdısa deməli, həmin 144-ə bu dəfə 240 yox, 280 vurulmalıdır. 280*144= 40320. Odur ki minimal pensiya kapitalı 40320 manata qalxdı".
Xəyalə Məmmədova / Demedia.az