İnsan əti yeyən QƏBİLƏ - ŞOK ARAŞDIRMA



 22:34 16.01.2023     1138

İndoneziyanın Papua əyalətində, meşənin dərinliklərində yaşayan, Korovai qəbiləsi.

1974-cü ilə qədər kəşf edilməyən bu qəbilə yer üzünün ən vəhşi insanlarından sayılır. Onlari fərqləndirən cəhətləri hələ də adam əti yəməyə davam etmələridir. Qəbilənin ərazisinə girməyə cəhd edən yadellilər qətlə yetirilirərək ətləri yeyilir.

Qəbilənin üzvləri ağdərili insanların şeytan tərəfindən göndərilən varlıqlar olduqlarına inanırlar. Ona görə də ağdəriıi insanları görən kimi qətl edirlər. Geyimdən, yeməkdən xəbərsiz Korovai qəbiləsi hələ də daş dövrünü yaşayır. Kovailerin həyat tərzi olduqca maraqlıdır. Onlar seldən və digər təhlükələrdən qorunmaq üçün 50 metrlik dəmirağaclarının üstündə evlər tikirlər. Daha sonra hündür nərdivanları çıxaraq yuvalarına qovuşurlar. Evlərin inşasında bütün ailə üzvləri iştirak edir. Evlərin tavanını tikmək üçün gildən, palma yarpaqları və ağac qabıqlarından istifadə edirlər. Hər evin içində kişilər və qadınlarla uşaqlar üçün nəzərdə tutulmuş iki hissə var. Korovailərdə çoxarvadlılıq dəbdə olduğu üçün bir evdə bir neçə qadın üçün nəzərdə tutulmuş otaq ola bilər. Qəbilə üzvləri əsasən ağacdan alınan unla qidalanırlar. Kişilər ova çıxır, sevimli qidaları isə yeganə protein mənbəyi sayılan həşəratlardır. Ovçular daş və sümük ucluqla təchiz edilən nizə və oxla silahlanırlar. Bu qəbilə üzvləri metalın kəşfindən xəbərsizdirlər. Təsərrüfatda da sümükdən hazırlanan bıçaqdan istifadə edirlər. Korovailər arasında orta yaş dövrü 30 yaşdır. Qadınlar kişilərə nisbətən daha az yaşayırlar. Aborigenlər arasında boş vaxtlarında tütün çəkmək adəti var. Uşaqlar bu vərdişə 5-6 yaşlarından başlayırlar. Qəbilədə döyüşçülərin və hörmətli yaşlıların meyitlərini mumiyalaşdırırlar. Dİgərlərinin meyitini isə palma yarpağına bükərək meşəyə aparırlar. Burada da vəhşi heyvanlar meyitləri parçalayıb yeyirlər... Korovai qəbiləsi 1970-ci ilə qədər dünyada özlərindən başqa insanların yaşadığı barədə məlumatsız olublar. 1970-ci ildə Johannes Veldhuizen və Henk Venema adlı iki hollandiyalı gəncin adaya getməsi fikirləri dəyişib. İnsan əti yeyən son “yamtam” qəbiləsi olması onları məşhurlaşdırıb. Arktika tədqiqatçısı Leonid Kruglov qəbiləni dünyaya yaxından tanıdan ilk insandır. 2010-cu ilin rəsmi rəqəmlərinə əsasən, qəbilə üzvlərinin sayı 2 min 868 nəfərə çatıb. Korovailər 'Khakhua' adında pis bir ruhun var olduğuna inanırlar. Bu inanca görə, "Khakhua öldürmək istədiyi şəxslərin yaxını ya da yoldaşı görünüşünə girər və onlar yuxuda ikən daxili orqanlarını yeməyə başlayır. Orqanların yerinə küllər qoyar, beləcə qurbanlar heç bir şey fərq etməz. Khakhuanın kim olduğu ortaya çıxarsa, bu dəfə qurban o olur. Ürəyinə bir ox batırarlar və digərləri tərəfindən yeyilər. Başqa inanclarına görə, xəstəlik səbəbiylə ölmək üzrə olan qəbilə üzvləri ölümlərinə səbəb olan bir kişinin adını deyər. Beləcə yeni 'qurban' müəyyənləşdirilmiş olur. Korovai bilinən son adamyeyən qəbilə olduğu bildirilir.

Xəyalə Məmmədova / Demedia.az