Dünyada sirri hələ də açılmayan YERLƏR



 20:31 16.01.2023     592

Ucsuz-bucaqsız çöllərdə qumların altında qalan bir mədəniyyət. Üstəlik, başqa heç bir yerə bənzəməyən, inanılmaz bir şəhər. Atlantida. Yəqin ki, bu əfsanə haqqında sizin də məlumatınız var. Sular altında qalan, yoxa çıxan əsrarəngiz bir mədəniyyət.

Bəs, orada yaşayan insanların boylarının 5 ilə 10 metr arasında olduğunu desək, diqqətinizi çəkər? Kosmos əsrində yaşamağımıza baxmayaraq bu gün də Yer üzündə bəzi gizli məkanların siri açılmayıb. Məsələn, Misir ehramlarını kim tikib, Mayya ehramları necə inşa olunub kimi neçə-neçə sirli suallar... Bu sirli yerlərdən biri də Atlantidadır. bu adı dəfələrlə eşitmişik. Guya orda hətta atom enerjisini kəşf etmiş qədim sivilizasiya var imiş. Hətta Atlantidanı yadplanetlilərlə bağlayanlar belə var. Bəs, Harada yerləşirdi bu Atlantida? Bax bunlar hamısı böyük bir sual işarəsi altında gizlənib.

Atlantida haqqında ilk yazılı məlumatlar Platonun “Timey” və “Kriti” dialoqlarında yer alır. Kitabda deyilənlərə görə Atlantida 9000 il öncə dəhşətli bir fəlakət nəticəsində bir günün içində dağılaraq məhv olub. Bəzi mütəxəssislər Paltonun fikirlərini həqiqət hesab etmirlər. Buna baxmayaraq əlimizdə başqa məlumatlar yoxdur. Quranın 89-cu Fəcr surəsinin 6-cı ayəsində bu ərazinin adı çəkilir. Ezoteriklərin iddialarına görə atlantlar müasir insandan qat-qat hündür olublar. Onlar alınlarının ortasında isə üçüncü gözləri yəni bəsirət gözləri, olub. Bu mistik göz vasitəsilə onlar bir-birinə informasiya ötürmək və bir sıra fövqəlbəşər qabiliyyətlərini həyata keçirmək imkanları olubmuş. Ezoteriklərin fikrincə Atlantida haqqında məlumatlar əslində itməyib, Tibet monastrları, Misir ehramları və Mayya sivilizasiyası da onların sivilizasiyalarının qalıntılarıdır. 1887-1945-ci illərdə yaşamış ABŞ ezoteriki, medyumu Edqar Keysiyə görə bu qitənin əhalisi lazerə bənzəyən kristal enerji stansiyaları hazırlayıbmışlar. Elə bu enerji stansiyalarından birində baş vermiş nasazlıq nəticəsində yaranmış partlayışdan qitə məhv olub. Keysi Sfinks məbədi ilə Atlantidanın bağlılığının olduğunu da iddia edir. Onun fikrinə görə Atlantida fəlakətindən sağ qurtaran atlantlar Sfinks məbədini inşa etmiş və öz gizli bilikləri haqqında məlumatları Sfinks məbədinin gizli otaqlarındakı arxivlərdə gizlədiblər. Hitler də Atlantidanı axtarırdı Almanlar Atlantidanın axtarışında idilər. Hətta bu araşdırmaların bəziləri Hitler Almaniyasından əvvəlki dövrlərə, 1900-cu illərə gedib çıxır. 1995-ci ildə Fidel Kastro hökuməti ispan gəmilərinin batmış xəzinələrini tapmaq üçün ekspedisiya qrupu yaradır və ona Polina Zeliski rəhbərlik edir. Keçmiş Sovet mühəndis olan Zeliski Kuba sahillərinin 670 m qərbində, okean dibində qəribə tikililər aşkar edir. Polina bu qədər dərinlikdə təbiətin simmetrik, olduqca səliqəli olan bir tikili yarada biləcəyinə inanmır. Baxmayaraq ki, o Atlantida möcüzəsinə qəbul eləmir, amma yenidən səyahət edib araşdırma aparmaq istəsə də Kastro hökuməti buna icazə vermir. Meksikada yayılmış bir əfsanəyə görə əsirlər əvvəl dənizin o biri tərəfindən ağ saqqallı tanrılar gəlib. Yerli əhalinin dediyinə görə bu tanrılar atlantlar olublar. Onlar Mayya mədəniyyətinin yaranmasına öz töhfələrini veriblər. Erikson atlantlarla Mayya mədəniyyəti arasında oxşarlıqlar da tapıb. Belə ki, Mayya mədəniyyətinin nümunəsi olan heykəllərdə, o cümlədən Günəş allahının təsvir olunduğu heykəldə mayyalara məxsus olmayan üz quruluşu var. Qalın qaşlar, uzun sifət, iri gözlər, uzun burun, qalın bığlar mayyalara məxsus sifət quruluşu deyil. Bu ancaq atlantlara məxsus ola bilər. O, israr edir ki, mayyalıların üzləri tüklü olmayıb və sifətləri isə yumru olub. Eriksonun Günəş allahının simasında atlantların tərənnüm olması iddiası bəzi alimlər tərəfindən inkar olunur. Arxivlər necə oldu? Bir çoxları Misir ehramların tikilişini yad planetlilər və atlantlarla əlaqələndirirlər. Bu fikri təbliğ edən bir çox incəsənət nümunəsi də mövcuddu. Lakin tarix elmi sübut edir ki, piramidalar b.e.ə. 2500-cü illərdə qədim misirlilər tərəfindən tikilib. İnşaatda isə yad planetlilərin deyil, qullar və həmçinin vergi mükəlləfiyyətlərini ödəmək üçün bura gələn kəndlilərin əməyindən istifadə olunub. Sfinks abidəsinin altındakı gizli otaqlarda isə Atlantlara aid heç bir arxiv aşkar olunmayıb.

Xəyalə Məmmədova / Demedia.az