Avtobusda DƏHŞƏT: Sərnişin sürücünü döydü



 22:02 16.01.2023     554

Türkiyənin İzmit rayonunda sərnişin mübahisə etdiyi avtobus sürücüsü Cengiz Yeleri dəfələrlə yumruqlayıb. Bu anlar anbaan dash kamerasına əks olunub.

Demedia.az xəbər verir ki, hadisə Gültəpə Məhəlləsində meydana gəlib. 

Naməlum səbəbdən ictimai avtobusun sürücüsü Cengiz Yelerlə sərnişin arasında mübahisə düşüb. Dayanacağa gələn sərnişin sürücüdən nəqliyyat vasitəsini saxlayıb aşağı enməsini istəyib.

Lakin sürücü bundan imtina edib. Avtobus hərəkət edərkən yenidən minən sərnişin sürücüyə dəfələrlə yumruq zərbəsi endirib. Təcavüzkar avtobus dayanacağında gözləyən insanların müdaxiləsi ilə uzaqlaşdırılıb. Bu anlar avtobusun kamerası tərəfindən saniyə-saniyə qeydə alınıb.Xəstəxanaya gedən və müalicə alan Cengiz Yeler polisə şikayət edib.

Aysun / Demedia.az