2023-cü il ölkəmizdə seçki ili ola bilər?



 17:06 17.01.2023     578

2024-dən başlayaraq Qarabağın dağlıq hissəsi və Zəngəzurla bağlı çağırışların həll edilməli olacağı sirr deyil.

Demedia.az xəbər verir ki, bunu politoloq Zaur Məmmədova deyib.

Onun sözlərinə görə, eyni zamanda, bir sıra regional aktorlarla Qarabağla bağlı vacib dialoqun başlayacağı istisna deyil:

"Üçtərəfli Bəyanata görə 2025 -ci ildə sülhməramlılar məsələsinə aydınlıq gətiriləcək. 

Yuxarıda qeyd edilənləri nəzərə alaraq, vacib 2024 və 2025 ci illərə hazır olmaq lazımdır. Bunları nəzərə alaraq cari ildə Azərbaycanda növbədənkənar seçkilərin keçirilməsi yaxşı olardı. Xalqımız növbəti dəfə Cənab Prezidentin apardığı siyasi kursa səs verərək növbəti qələbələrimizin əsasını qoyacaq".

Xəyalə Məmmədova / Demedia.az