AB yardımları olmasa Yunanıstan çökər - İqtisadçı



 18:00 17.01.2023     788

Avropa Birliyinin iqtisadi olaraq AB-dən ən çox asılı, ən çox xarici borcu, ən yüksək işsizlik ordusu olan ölkəsi Yunanıstandır. 2006-cı ildən başlayan, 2008-09-cu illərdə maksimuma çatan, sonra isə ancaq AB yardımları ilə avrozonada və ayaqda qalan Yunanıstanın problemləri daha çox daxili sistemindən, oyun qaydalarından, əmək bazarının strukturundan və dövlətin iqtisadiyyatda oynadığı rolun böyüklüyündən doğur.

Demedia.az xəbər verir ki, bunu iqtisadçı Natiq Cəfərlid eyib.

Onun sözlərinə görə, bu gün Yunanıstanda 10 322 307 nəfər yaşayır:

"Ölkə iqtisadiyyatının 50%-dən çoxunu dövlət sektoru təmin edir, əhalinin yarısı da məhz dövlət sektorunda (dövlət şirkətləri, bələdiyyə şirkətləri və s.) çalışırlar. Sosial dövlət olduğunu elan edən Yunanıstan yüksək müavinat, təqaüd və maaş verməyə çalışırdı, 2006-cı ildən başlayaraq ölkənin resursları azaldı, çünki, özəl sektor əsasən turizm üzərinə inşa edilmişdi, Türkiyənin həm qiymət, həm də servis olaraq Yunanıstanı rəqabətdə udmağa başlaması Avropadan gələn turizm selinin Türkiyəyə yönəlməsinə səbəb oldu ki, bu da Yunanıstanın tirizm sektorunda tənəzzül yaratdı. Nəticədə turizm sahəsində işsizlik artdı, xidmət sahəsinin ümumi ÜDM-ə verdiyi tövhə azalmağa başladı. Bunun üzərinə də Yunanıstanın böyük Beynəlxalq İdman Yarışlarını milyardlarla pul xərcləməsini gələndə, böhranın təməlləri yarandı və bir tək Arvopa Birliyinin yardımı ilə Yunanıstan defolt olmaqdan qurtuldu, günü bu gün də Yunanıstanı ayaqda saxlayan AB-dən aldığı kreditlər və yardımlardır.

Məsələyə fəlsəfi baxsaq, Yunanıstan dövləti öz üzərinə götürdüyü sosial yükü çəkə bilmədiyinə görə böhrana düşdü, əhalinin rifahı kəskin azalmağa başladı. Amma cəmiyyətləri “sol” düşüncəli olduğundan nə dövlət iqtisadiyyatından, nə də sosil yardımlardan əl çəkmək istəmirlər, istənilən özəlləşmə söhbətləri əhalini küçələrə çıxıb etiraz etməyə səbəb olur. Son statistik məlumatlara görə ölkə əhalisinin 53%-i dövlətdən aldığı maaş-təqaüd-müavinat-yardım hesabına yaşayır. Bu gün AB yardımları olmasa Yunanıstan çökər, bəlkə də ən kasıb ölkələr sırasına yuvarlanar".

Xəyalə Məmmədova / Demedia.az