Çox dadlı və şəfalı KİRPİ ƏTİ - Faydaları...



 23:34 17.01.2023     4311

Xalq təbabətində yeyilməyən heyvan əti, yaxud yağından müalicə vasitəsi kimi istifadə edilir. Məsələn, porsuq əti və piyi bronxial asma, vərəm zamanı, kirpi əti isə nəfəs yolları xəstəliklərinin müalicəsində qəbul edilir. Bu səbəblə həmin heyvanların əti əl altdan gizli, üstəlik çox baha qiymətə satılır.

Maraqalıdır, bu müalicə vasitəsi kimi xalq təbabətində tövsiyyə edilən bu heyvanlar həqiqətən xəstəliklərin müalicəsində faydalıdırmı?

İlan yağı ənənəvi Çin tibbinin dərmanlarındandır. Ağrıkəsici xassəyə malikdir. Ən çox revmatoid artrit və oynaq revmatizmlərində istifadə edilir. Saç tökülməsində, o cümlədən saç qıranların yaranmasının qarşısının alınmasında da istifadə edilir. İlbizlər özünə xas ifrazatı ilə boyundan böyük işlər görür. Bu ifrazatların hüceyrə yeniləmə xüsusiyyəti var. Bundan əlavə, ifrazat vasitəsilə ölü cildin təmizlənməsində də istifadə edilir. Dərinin qocalmasını gecikdirən təsiri də aşkarlanıb. Keçmiş zamanlarda xəstə uşaqların və vərəmli xəstələrin sağalması üçün eşşək südündən də istifadə edilib. Dəvə südü də vitamin və proteinlə olduqca zəngindir. Belə ki, dəvə südündə inək südündən üç dəfə çox C vitamini və 10 dəfə çox dəmir, B vitamini var. Bundan başqa dəvə südü maqneziumla da zəngindir. Misir kraliçası Kleopatranın hər gün dəvə südü ilə çimməsi barədə əfsanələr var. Mavritaniyalı xanımlar da sifətlərinin gözəl olması üçün hər zaman dəvə südü içirlər. Ümumi tibdə dəvə südündən yüz illərdir ki, diabet xəstəliyinin müalicəsində də istifadə edilir. Daha bir neçə heyvan var ki, onlardan xalq təbabətində istifadə edirlər. Maraqlıdır, tibb elmi buna nə deyir? Həkimlər bildirirlər ki, bu cür yanlış məlumatların hamısı Çindən gəlib: “Çin təbabətində belə bir fikir var, biz nəyi yeyiriksə, ona dönürük. Məsələn, qartal əti yesək, qartal kimi yaxşı görməyə başlayırıq. Yaxud, güclü olmaq üçün şirin ətini yemək lazımdır. Bu yolla heyvanları sui-istifadə edirlər. vəhşi heyvanları güclü olmaq, yaxşı görmək üçün öldürmək faunanı məhv eləməkdir. Kirpi ətinə gəlincə, bu, heç də ucuz olmayan bir qidadır. Maraqlı təamlar yemək istəyən müştərilər bəzən restoranlarda kirpi əti sifariş edir. Deyilənə görə, çox dadlı və şəfalıdır. Kirpinin ətinin faydalı olması barədə illərdir məlumatlar dolaşır. Təbabətin atası sayılan İbn Sina kirpi ətinin, yağının və dərisinin tibdə rolu barədə yazıb və bunu təsdiq edib. 

Xəyalə Məmmədova / Demedia.az