Efiopiyada ordu ilə üsyançılar arasında qarşıdurmada təxminən 600 min insanın həlak olub



 12:48 17.01.2023     334

Efiopiyanın şimalında ordu ilə üsyançılar arasında 2 ildir davam edən qarşıdurmada təxminən 600 min insanın həlak olduğu hesab edilir.

Demedia.az xəbər verir ki, bu barədə Afrika Birliyinin xüsusi nümayəndəsi Olusegun Obasanjo deyib. İngiltərənin "Financial Times" qəzetinə danışan Nigeriyanın keçmiş prezidenti Obasanjonun sözlərinə görə, Efiopiyanın şimalında hər gün təxminən min nəfər həlak olur. Qeyd edək ki, münaqişədə neçə nəfərin öldüyünə dair rəsmi məlumat yoxdur.

Tiqraydakı münaqişəni izləyən Belçikanın Gent Universitetinin tədqiqatçılarının məlumatına görə, cəbhədə 200-300 min, yaşayış məntəqələrində isə 300-400 min dinc sakin həlak olub.

Bahadur Seyidov