Fransada qasırğa ilə əlaqədar “narıncı həyacan” elan edilib



 14:45 17.01.2023     321

Fransanın şimalında təsirli olan "Jerard” qasırğası ilə əlaqədar 23 bölgədə “narıncı həyacan” səviyyəsi elan edilib.

Demedia.az xəbər verir ki, Fransanın BFMTV telekanalının xəbərinə görə, qasırğa ölkənin şimal bölgələrində, o cümlədən paytaxt Parisin yerləşdiyi İle-de-Frans bölgəsində və Pas-de-Kale şəhərində müşayət edilir. Güclü küləyin daha da güclənəcəyi, bəzi yerlərdə sürətinin saatda 160 kilometrə çatacağı gözlənilir. Parisin simvollarından olan Eyfel qülləsinin ən hündür yerində küləyin sürəti saatda 132 kilometrə qədər müşayət edilir.

Qasırğa səbəbilə səfərlər dayandırılıb. Bəzi idarələrdə tətil elan edilib.

Bahadur Seyidov