Uqanda Prezidenti millət vəkillərinə xaricə səyahət etməyi qadağan etdi



 18:31 17.01.2023     320

Uqanda prezidenti Yoveri Museveni hökumət xərclərini azaltmaq üçün dövlət qulluqçularına və millət vəkillərinə xaricə səyahət etməyi qadağan edib.

Demedia.az xəbər verir ki, Museveni Uqanda Neft İnstitutunun Kiqumbadakı obyektlərinə səfəri zamanı investisiyalar üçün kifayət qədər vəsaitin olmadığını diqqətə çatdırıb. Neft tədqiqatçılarını hazırlayacaq obyekt üçün kifayət qədər büdcənin olmadığını deyən Museveni müvafiq qurumları tənqid edib.

O bildirib ki, büdcənin olmaması işlərin planlı şəkildə həyata keçirilməməsindən irəli gəlir. Prezident bu barədə təlimatlar verib.

Bahadur Seyidov