Hökumət qurmaq Bolqarıstan Sosialist Partiyasına həvalə edildi



 15:46 17.01.2023     334

Bolqarıstanda siyasi böhran davam edərkən, prezident Rumen Radev hökuməti qurmağı Bolqarıstan Sosialist Partiyasına həvalə edib.

Demedia.az xəbər verir ki, Radev Prezident sarayında təşkil edilən tədbirdə hökumətin qurulması səlahiyyətinin BSP-nin sədri Korneliya Ninovaya verdiyini açıqlayıb. O bildirib ki, BSP hökumət qurmaq üçün şansı ən yüksək olan partiyadır. Tədbirdə çıxış edən Ninova isə bildirib ki, partiyası böhran vəziyyətində məsuliyyət daşıyır və dialoqun tərəfdarıdır.

Qeyd edək ki, BSP 240 üzvlük parlamentdə 24 mandatla təmsil olunur. BSP hökuməti formalaşdıra bilməsə, prezident Radev parlamenti buraxacaq və ölkədə yeni növbədənkənar parlament seçkiləri təyin edəcək. Bundan əvvəl koalisiya hökuməti qurula bilmədiyi üçün 3 dəfə parlament seçkiləri keçirilib. Partiyalar 11 dəfə cəhd etsə də, hökumət qura bilməyib.

Bahadur Seyidov