Belarus və Rusiya birgə hərbi uçuş təlimlərinə başladığını açıqlayıb.



 17:42 17.01.2023     320

Belarus Müdafiə Nazirliyi Rusiya ilə birgə hərbi uçuş təlimlərinə başladığını açıqlayıb.

Demedia.az xəbər verir ki, nazirliyin mətbuat xidmətinin məlumatına görə, Rusiya tərəfindən təlimə Hava və Kosmik Qüvvələrinin bir birliyi qatılıb. Bildirilib ki, təlimlərin keçirilməsində əsas məqsəd döyüş hazırlığı missiyasının birgə icrasında əməliyyat uyğunluğunu təmin etməkdir. Təlimlər zamanı hava-desant kəşfiyyatı, sərhəd boyu hava məkanında müştərək patrul, qoşunlara hava dəstəyi, taktiki hava desant qoşunlarının köçürülməsi, itkilərin təxliyyəsi və yüklərin çatdırılması kimi tapşırıqlar üzrə məşqlər keçirilir.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin və Belarus prezidenti Aleksandr Lukaşenko ötən ilin oktyabr ayında Rusiya-Belarus İttifaqı dövlətinin sərhədlərində gərginliyin artması səbəbi ilə iki ölkənin hərbi birləşmələrindən ibarət birgə regional hərbi qüvvələr yaratdıqlarını açıqlamışdılar.

Bahadur Seyidov