Yunanıstan kəşfiyyatı Baş Qərargah rəisini dinləyib



 14:28 17.01.2023     330

Yunanıstanın Baş Qərargah rəisi Konstantinos Florosun Yunanıstan kəşfiyyatı tərəfindən dinlənildiyi irəli sürülüb.

Demedia.az xəbər verir ki, yerli mənbələrin məlumatına görə, bu telefon dinləməsi milli təhlükəsizlik məqsədi ilə deyil, şəxsi həyatı ilə bağlı məlumat toplamaq məqsədi ilə edilib. Yunanıstanın “Documento” qəzetinin xəbərinə görə, Baş Qərargah rəisinin dinlənilməsi ilə bağlı hazırlanan hesabatda milli təhlükəsizliklə bağlı heç bir detal yer almayıb. İddialara görə, Floros yalnız telefon dinləmələri ilə izlənilməyib. Kəşfiyyat onu daha ətraflı şəkildə təqib edərək, şəxsi həyatı haqqında məlumat toplamaq istəyib.

İddialara görə, 2022-ci ilin iyununda Baş Nazirliyə təqdim edilən hesabatda Florosun Yunanıstanın müdafiə naziri Nikos Panayotopoulos və ümumiyyətlə siyasətçilərlə yaxşı münasibətdə olmadığı qeyd edilib.

Bahadur Seyidov