"Boko haram"ın liderləri zərərsizləşdirildi



 15:48 18.01.2023     327

Nigeriyada “Boko Haram” terror təşkilatına qarşı həyata keçirilən hava əməliyyatında təşkilatın iki yüksək səviyyəli rəhbəri də daxil olmaqla azı 40 silahlı məhv edilib.

Demedia.az xəbər verir ki, bu barədə  rəsmi dairələr məlumat yayıb. Bildirilir ki, hava əməliyyatları Niger əyalətində həyata keçirilib. Məhv edilən qruplaşma liderləri arasında axtarışda olan  Əbu Ubaida və Mallam Yusuf Abba adlı terrorçular da var.

Qeyd edək ki, Nigeriya rəhbərliyi “Boko Haram” təşkilatına qarşı antiterror əməliyyatlarının intensiv olacağına dair söz vermişdi.

Bahadur Seyidov