Rusiya ordusunda islahatlar aparılır
Rusiya Prezidenti Vladimir Putin ordudakı hərbçilərin sayının 1,5 milyon nəfərə çatdırılması barədə təlimat verib.
Demedia.az xəbər verir ki, bu barədə müdafiə naziri Sergey Şoyqu açıqlama verib. O bildirib ki, 2026-cı ilə qədər ordunun qərargahında böyük dəyişikliklər ediləcək. Bura hərbçilərin sayının artırılması da daxildir. Şoyqunun sözlərinə görə, orduda “Moskva və Leninqrad” adlı 2 yeni strateji hərbi zonanın yaradılması nəzərdə tutulub. Ordunun vaxtında silahlarla təmin olunması üçün üçün lazımi tədbirlər həyata keçirilir.
Qeyd edək ki, hazırda Rusiya ordusunda 1 milyon 150 min 623 əsgər xidmət edir.
Bahadur Seyidov