Kiyevin daha çox silaha ehtiyacı var - Polşa Prezidenti



 18:32 18.01.2023     376

"Kiyevin daha çox silaha ehtiyacı var. Əgər biz çoxlu müasir texnika ötürməyə davam etsək, ukraynalıların Rusiyanı dayandırmaq imkanları artacaq”.

Demedia.az xəbər verir ki, Polşa Prezidenti Andjey Duda belə deyib. O Davosda Dünya İqtisadi Forumunda çıxışı zamanı bildirib ki, o, Ukrayna Prezidenti Vladimir Zelenski ilə telefon danışığı aparır. Prezidentin sözlərinə görə. Zelenski Qərbdən intensiv silah dəstəyinə ehtiyac olduğunu ifadə edir.

Andjey Duda Zelenskinin “Biz heç vaxt təslim olmayacağıq” sözlərini xatırladaraq, Ukraynaya silah dəstəyinin davam etdirilməsinin vacibliyini bir daha bəyan edib.

Bahadur Seyidov