"Serbiyadan əvvəl heç bir ölkə Avropa Birliyinə üzv ola bilməz"



 17:32 18.01.2023     313

Serbiya prezidenti Aleksandr Vuçiç ölkəsinin Avropa Birliyinə üzvlük prosesi ilə bağlı açıqlamalar verib.

Demedia.az xəbər verir ki, o bildirib ki, ölkəsindən əvvəl heç kimin Avropa İttifaqına daxil olmasına icazə verilməyəcək. Vuçiç Serbiyanın Avropa Birliyinə üzvlük prosesinin uzun müddət davam edə biləcəyi ehtimalından narahat olmadığını ifadə edib. Vuçiçi narahat edən bəzi dairələrin belə halda ölkəsinə xarici sərmayənin qoyulmayacağı barədə fikirlər səsləndirməsidir.

Prezident keçən il ölkəsinə 4,41 milyard avro birbaşa xarici sərmayənin qoyulduğunu ifadə edib. Vuçiç Ukrayna müharibəsindən sonra ABŞ-ın bütün diqqətini Rusiyaya qarşı yönəltdiyini və Serbiyaya lazımi dəstəyi vermədiyini ifadə edib.

Bahadur Seyidov