ABŞ-da problemlərin həlli üçün yaradılmış quruma 1,7 milyon müraciət daxil olub



 15:28 18.01.2023     284

ABŞ-da 5 ay əvvəl fövqəladə qaynar xətt kimi yaradılan “988 İntihar və Böhran Həyat Xətti”nə 1,7 milyondan çox müraciət daxil olub.

Demedia.az xəbər verir ki, bu barədə ABŞ mediası məlumat yayıb. Bildirilib ki, bu rəqəm ötən ilin eyni dövründə istifadə edilən intiharın qarşısının alınması üçün yaradılmış “Həyat xətti”nə daxil olan müraciətlərlə müqayisədə təxminən yarım milyon çoxdur. “Həyat xətti” ilə əlaqə 10 rəqəmli nömrə ilə saxlanılırdı. İndi isə bu rəqəmlərin sayı 3-dür.

988 qeyri-kommersiya şəbəkəsinə nəzarət edən “Vibrant Emosional Sağlamlığı”nın prezidenti Kimberly Uilliams bildirib ki, müraciət edənlərin sayının artması daha çox insanın xidmətdən xəbərdar olmasının və xidmətdən istifadə etməsinin göstəricisidir.

Bahadur Seyidov