"Taliban" üzvləri tvitterdə "mavi işarə" alıb



 14:25 18.01.2023     328

Əfqanıstandakı “Taliban” hökumətinin  üzvləri tvitterdə ödənişli doğrulama funksiyasından istifadə etməyə başlayıb.

Demedia.az xəbər verir ki, artıq bəzi talibançıların hesablarında “mavi işarə”lər var. Bildirilir ki, əvvəllər “mavi işarə” tvitter tərəfindən təsdiqlənmiş və satın alına bilməyən ictimai maraqlara uyğun aktiv, diqqətəlayiq və real hesablara verilirdi. Lakin indi istifadəçilər “mavi işarə”ni “Twitter Blue” xidməti vasitəsilə ala bilirlər. Məlumata görə, hazırda Əfqanıstanda azı iki Taliban rəsmisi və dörd tanınmış tərəfdar “mavi işarə” alıb.

Bildirilir ki, “Taliban”ın İnformasiyaya Giriş Ofisinin rəhbəri Hedayatullah Hidayet təsdiqlənmiş hesaba sahibidir. Onun hesabında 187 min izləyicisi var və mütəmadi olaraq “Taliban” administrasiyası haqqında məlumat paylaşır. Əfqanıstan İnformasiya və Mədəniyyət Nazirliyinin Media müşahidəçisi Əbdül Haq Hammadın da 170.000 izləyicisi olan hesabında “mavi işarə” var.

Bahadur Seyidov