Yaşıl sarımsağın faydaları: Ürək sağlamlığını qoruyur, xərçəng riskini azaldır



 20:34 18.01.2023     1032

Yeməklərimizin əsas tərkib hissələrindən biri olan sarımsağın yaşıl hissəsi şəfa mənbəyidir.

Ona görə keçmişdən bəri sağlam həyat və sağlam bəslənmə üçün təzə sarımsaq mövsümündə mütləq yeyilir. Yaşıl sarımsağın faydaları arasında əsas yeri immunitet sistemini gücləndirmək, qan dövranını stimullaşdırmaq, ürək sağlamlığını qorumaq və digər xərçəng növlərinin riskini azaltmaq dayanır. Yaz aylarında bitən təzə sarımsaq immunitet sistemi üçün ideal qidadır.

O təbii antibiotik xüsusiyyətlərinə malikdir. Soyuqdəymə və ya infeksiya ilə mübarizə aparırsınızsa, salatlara bir az yaşıl sarımsaq səpərək bədəninizi daha möhkəm edə bilərsiniz. Həzmə kömək edə bilər Sarımsağın antioksidan və antibiotik xüsusiyyətləri mədədə düzgün bir bakteriya balansına sahib olmağınızı təmin edir.Tərkibindəki maddələr həzmi sürətləndirir və narahatlığı aradan qaldırır. Sarımsağın tərkibindəki C vitamin bədəndə dəmiri mənimsəməyi asanlaşdırır. Qan dövranını yaxşılaşdıra bilir. Qırmızı qan hüceyrəsi istehsalını artırdığı üçün bədənin daha çox oksigenlə doymasına səbəb olur. Ürəyi Qoruya bilər Londonda aprılan araşdırmaya görə, sarımsağın aktiv maddəsi olan allisin (pis) xolesterol səviyyəsini aşağı salır, (yaxşı) xolesterol səviyyəsini yüksəldə bilir. Bundan əlavə, qan təzyiqinin aşağı düşməsinə kömək edir ki, bu da infarkt və insult riskini azaldır. Xərçəng əleyhinə təsirlidir ABŞ-ın Pensilvaniya Dövlət Universitetinin Qidalanma Departamentinin hesabatına görə, sarımsağın tərkibindəki allisin maddəsi bədəndə stresi azaltmağa və xərçəngin inkişaf riskini minimuma endirməyə kömək edə bilir. Bu, yalnız xərçəngin qarşısının alınmasına deyil, həm də sərbəst radikal fəaliyyətin səbəb olduğu digər xroniki xəstəliklərə də aiddir.

Təzə sarımsağın ən iyaxşı xüsusiyyəti onun antioksidant olmasıdır. O, bədəninizdəki bütün toksinlərdən və zərərli maddələrdən qurtulmanıza kömək edir. Belə bir xüsusiyyət həm də immunitetinizi gücləndirir və sizi bir çox sağlamlıq problemlərindən qoruyur. Təzə sarımsağın nə üçün yaxşı olduğunu və nə üçün istehlak edilməli olduğunu bilmək sağlamlığınızı qorumağa kömək edir. Təzə sarımsağın tərkibindəki minerallar arasında natrium və kalium əsas yer tutur. Həmçinin onun tərkibində dəmir, fosfor, maqnezium, sink, selen və manqan kimi elementlər də mövcuddur. Təzə sarımsaqda olan K vitamini yüksək dəyərə malikdir. Təzə sarımsağın zərərləri Bütün qidalarda olduğu kimi, sarımsaqdan da çox yemək bəzi sağlamlıq problemlərinə səbəb olur. Onun həddindən artıq istehlakı bədəndəki bakteriyaların immunitet qazanmasına səbəb olur. Bu zaman təzə sarımsağın zamanla öz gücünü itirməsinə səbəb ola bilər. Hamiləlik dövründə xanımlar sarımsağın istehlakına diqqət yetirilməlidir. Üstəlik bu bitki qastrit problemi olan insanlarda mədə problemi yaratdığı üçün bu şəxslər sarımsaq yeməkdən imtina etməldiir. Təzə sarımsaq sapı ləzzət baxımından klassik sarımsaqla müqayisədə daha yüngül dada malikdir.

Xəyalə Məmmədova / Demedia.az