Kim Çen In türkiyəli oxşarı: "İstəyirəm ki, şəxsi təyyarəsi ilə gəlsin və..."



 22:06 18.01.2023     567

Türkiyənin Antalya şəhərində yaşayan iş adamı Cihat Tunç Şimali Koreya lideri Kim Çen Ina bənzəməsi ilə diqqət çəkir. 

Demedia.az xəbər verir ki, oxşarlığı ilə məşhur olduğunu bildirən Tunçun sözlərinə görə,  maraqdan çox məmnunam:

"Xaricdən çoxlu təkliflər alıram. Koreyaya gedəcəm. Antalyanın Aksu rayonunda yaşayan 35 yaşlı küftə ustası Cihat Tunç Şimali Koreya lideri Kim Çen Ina bənzəməsi ilə diqqət çəkir. Tunç biznesinə gələn müştərilərini Kim Çen Inın paltarına bənzər tikdirdiyi paltarla qarşılayır. Qarşısında Kim Çen Ina bənzəyən şəxsi görən müştərilər əvvəlcə gülümsəyir, daha sonra çıxışda şəkil çəkdirmək istəyirlər".
20 ildir sektora xidmət etdiyini bildirən Tunç əlavə edib ki, bu sektorda yaxşı və nümunəvi olmağa davam edirəm:
"İşçi heyətim və mən xoşbəxtik. Xaricdən gələn müştərilərimiz də mənə üstünlük verirlər. Xüsusilə Almaniyadan, Fransadan gələn qonaqlarımız var. Şimali və Cənubi Koreya daha çoxdur. Onlar həm heyranlıqla, həm də zövqlə gəlirlər. Azarkeşlərimiz çox böyükdür, məni Kim Çen Ina bənzədirlər. Mən də onun böyük fanatıyam. İsətiyərm ki, o, öz şəxsi təyyarəsi ilə gəlsin yeməklər sifariş versin".

Aysun / Demedia.az