Avroparlamentin Laçında baş verənlərlə bağlı qərərzli çıxışı... - Açıqlama



 15:03 19.01.2023     486

Avroparlament dünənki addımı ilə Aİ - Azərbaycan münasibətlərinə xələl gətirmək əzmini nümayiş etdirdi. Dünən Avroparlament tərəfindən Laçında baş verənlərlə bağlı ölkəmizi günahlandıran layihə ilə çıxış etmələri, Azərbaycandan dəhlizi açmaq istənilməsi və Bakını Dağlıq Qarabağdakı ermənilərin hüquqlarının qorunmasına çağırması, Ermənistanın ərazi bütövlüyünün toxunulmazlığı, Azərbaycan ordusunun Ermənistan ərazisindən çıxarılması kimi tələblərin layihəyə salınması - qərəzli və birtərəfli münasibətin bariz nümunəsidir.

Demedia.az xəbər verir ki, bunu politoloq Zaur Məmmədov deyib.

Onun sözlərinə görə, aydın məsələdir ki, Azərbaycan üçün dünən Avroparlamentdə səsləndirilən bəyanatların heç bir mənəvi, siyasi, hüquqi çəkisi yoxdur:

"Əgər Avroparlament həqiqəti demək istəyirsə o zaman ərazi bütövlüyü məsələsində niyə Azərbaycanın adını çəkmədi? Avropalıların erməni hərbi birləşmələrinin Qarabağın dağlıq hissəsindən çıxarılması tələbini səsləndirməmələri, əvəzində Azərbaycan hərbçilərinin Ermənistandan çıxarılması kimi tələb çıxışlar qərəzin son həddi sayıla bilinər.

Beləcə, Fransa və Ermənistan Aİ -nın prezidenti Şarl Mişelin son 1 ildə Bakı və İrəvan arasında effektiv vasitəçi kimi nailiyyətlərinin üstündən xətt çəkmiş olur. Görünən odur ki, Şarl Mişel və Fon Layen kimi fiqurlara qarşı erməni diasporası, Fransa hökuməti tərəfindən təzyiq mexanizmi məhz Avroparlament, Avropa Komissiyası qismində meydana buraxılıb və bu cür avantürist çıxışlar davamlı olacaq.

Əlbəttə, baş verənlər, XİN və Diaspora Komitəsinin Avroparlamentlə, ABŞ - ilə, Aİ- ilə siyasət konsepsiyasına göz gəzdirməyi, bəzi düzəlişlər etməyi lazım bilir. Avropalılarla iş mexanizmləri, metodları yeni yanaşmalarla nəzərdən keçirilməlidir

Avroparlamentin dünən hazırladığı layihə mətni sabah qəbul edilərsə, sözsüz ki, Azərbaycan - Aİ arasında yeni sazişin imzalanmasının vaxtını bir qədər də uzadacaq və mümkünsüz edəcək. Əgər Avropa strukturları Cənubi Qafqaza yanaşmalarında məhz erməni məsələsi prinsipi ilə yanaşacaqlarsa sözsüz ki, qitənin siyasi institutunun bölgədəki nüfuzuna zərbə vurmuş olacaqlar.

Yaxşı olardı ki, müvafiq Avropa strukturları Avroparlamentin Cənubi Qafqaz üzrə nümayəndə heyətinin rəhbəri Marina Kalyurand başda olmaqla bir çoxları ilə bağlı araşdırmalara başlasın. Kor gözlə də görünür ki, bu gün Avroparlamentin bir çox üzvü erməni diasporası tərəfindən maliyələşdirilirlər. Ötən ilin sonunda Avroparlamentdə bəzi ölkələrlə bağlı araşdırılmaların da başlanılması buna bir sübutdur . Ancaq, digər ölkələrin rüşvət məsələsində adları çəkilsə də, erməni milyonçuları ilə bağlı susqunluq nümayiş etdirilir".

Xəyalə Məmmədova / Demedia.az