Turizm gəlirləri niyə aşağıdır?



 17:05 19.01.2023     657

2022-ci ildə Gürcüstana 5,4 mln. xarici vətəndaş səfər edib, turizm gəlirləri 3,5 mlrd. dollara yaxın olub. 2022-ci ildə Azərbaycana 1,6 mln. xarici ölkə vətəndaşları səfər edib, keçən ildə ölkənin turizm gəlirləri, ən yaxşı halda 1,5 mlrd. dollar olacaq (hesabatlar çıxanda dəqiq biləcəyik). Gürcüstana dünyanın 40-a yaxın avişirkəti uçur, quru sərhədləri də açıqdır.

Demedia.az xəbər verir ki, bunu iqtisadçı Natiq Cəfərli deyib.

Onun sözlərinə görə, Azərbaycanda hava yolu ilə sərnişin daşımanın 90%-i AZAL və BUTA-nın payına düşür, quru sərhədlər də bağlıdır:

"Gürcüstan hökuməti yaxın 5 ildə turist sayını 10 mln. nəfərə, bu sahədən gələn gəlirləri isə 8 mlrd. dollara çatdırmağı düşünür.

Azərbaycan hökuməti də elan edib ki, 2026-cı ildə xaricdən ölkəyə gələn turist sayı 4 mln. nəfərə, xarici turistlərdən gələn gəlir isə 3 mlrd. dolları keçəcək.

Gürcüstan hökuməti hədəflərinə çatmaq üçün ölkəni daha çox açmağı, qaydaları daha da sadələşdirməyi düşünür - məsələn, 2022-ci ildə ölkəyə 10 yeni avişirkət uçmağa başlayıb və 9 yeni istiqamət üzrə uçuşlar başlayıb. Bundan başqa Gürcüstan hökuməti yaxın 5 ildə hər il turizmlə məşğul olan şirkətlərə və müxtəlif yeni inftrastruktur layihələrinə 250 mln. lariyə yaxın təşviq paketi ayıracağını elan etdi".

Xəyalə Məmmədova / Demedia.az