Dünyanın ən qiymətli brendləri açıqlandı



 15:50 19.01.2023     304

Dünyanın ən qiymətli brendləri açıqlanıb.

Demedia.az xəbər verir ki, siyahının ilk sırasında təqribən 299,3 milyard dollar dəyəri olan Amazon, ikinci yerdə isə 297,5 milyard dollar dəyəri olan “Apple” şirkəti qərarlaşıb. Bu barədə araşdırma beynəlxalq qiymətləndirmə təşkilatı “Brand Finance” tərəfindən aparılıb. Məlumata görə, siyahının üçüncü yerində 281,4 milyard dollar dəyərindəki “Google” qərarlaşıb. “Microsoft” 191,6 milyard dollarla 4-cü, ABŞ-ın pərakəndə şirkəti “Walmart” 113,8 milyard dollarla 5-ci, Cənubi Koreyanın texnologiya şirkəti “Samsung” 99,7 milyard dollarla 6-cı olub.

Qeyd edək ki, ötən il siyahıya “Apple” liderlik edirdi.

Bahadur Seyidov