Pakistanda ordu ilə silahlılar arasında toqquşma



 16:28 19.01.2023     289

Pakistanın Bəlucistan əyalətində təhlükəsizlik qüvvələri ilə silahlılar arasında toqquşma baş verib.

Demedia.az xəbər verir ki, qarşıdurmada 4 yaraqlı zərərsizləşdirilib. Bu barədə Pakistan ordusundan açıqlama verilib. Məlumata görə, Hoşab bölgəsindəki toqquşmadan sonra ərazidə axtarış aparılıb. Pakistan ordusunun Bəlucistanın Hoşab bölgəsində apardığı axtarışlar zamanı çox sayda silah və sursat ələ keçirilib.

Silahlıların hansı təşkilatın üzvü olduğu barədə məlumat paylaşılmayıb.

Bahadur Seyidov