Rusiya ABŞ şirkətini cərimələdi



 17:39 19.01.2023     287

Rusiyanın Federal Antiinhisar Xidməti ABŞ-ın texnologiya nəhəngi “Apple” şirkətini 1,17 milyard rubl (17 milyon dollardan çox) məbləğində cərimələyib.

Demedia.az xəbər verir ki, buna səbəb şirkətin “AppStore” tətbiqi vasitəsilər qaydaları pozmasıdır. Bildirilir ki, məbləğin belə böyük olması şirkətin Rusiyada illik gəlirinə uyğun hesablanıb. Bundan əvvəl Rusiyanın Federal Antiinhisar Xidməti qaydaları pozduqlarına görə xarici texnoloji şirkətlərini gəlirlərinin 0,01%-0,15 faizi məbləğində cərimələyəcəkləri ilə hədələmişdi.

Qeyd edək ki, bundan əvvəl Rusiyanın Federal Antiinhisar Xidməti ABŞ-ın digər texnologiya nəhəngi “Google” şirkətini cərimələyib.

Bahadur Seyidov