Serbiyada daşqın baş verdi



 18:31 19.01.2023     304

Bosniya və Herseqovina və Serbiyada yağan güclü yağışlar daşqınlara səbəb olub.

Demedia.az xəbər verir ki, Bosniya və Herseqovinada leysan yağışları səbəbilə ölkənin cənubundakı Konjiçdə daşqınların baş verib. Neretva və Trebizat çaylarında suyun səviyyəsi artıb. Konjiçdə bəzi bölgələrdə çox sayda evin su altında qaldığı bildirilir. Serbiyada yağan güclü leysan ölkənin cənub-qərbindəki Sjenitsa şəhərində fəsadlar yaradıb. Qrabovitsa çayının daşması nəticəsində bir çox evi su basıb.

Serbiyanın cənub bölgələrində yağıntı və güclü külək səbəbiylə "qırmızı həyəcan" elan edilib.

Bahadur Seyidov