İraqda İŞİD-ə qarşı əməliyyatda 1400 kiloqram partlayıcı ələ keçirildi



 23:07 19.01.2023     398

İraqın Kərkük şəhərində İŞİD terror təşkilatına qarşı keçirilən əməliyyatda təxminən 1400 kiloqram partlayıcı ələ keçirilib.

Demedia.az xəbər verir ki, bu barədə Kərkük Polis İdarəsindən açıqlama verilib. Bildirilib ki, İraqın təhlükəsizlik qüvvələri şəhərin cənubundakı Havice mahalının çöl bölgəsində İŞİD silahlılarına qarşı əməliyyat keçirib.

Əməliyyatda bölgədəki vadilərdə və sığınacaqlarda gizlədilmiş təxminən 1400 kiloqram partlayıcı ələ keçirilib. Partlayıcılar təhlükəsiz yerə aparılaraq məhv edilib.

Bahadur Seyidov