NATO-ya üzv ölkələrin qərargah rəisləri toplandı



 20:31 19.01.2023     319

NATO-ya üzv ölkələrin qərargah rəisləri hərbi alyansın Brüsseldəki mənzil-qərargahında bir araya gəlib.

Demedia.az xəbər verir ki, toplantıda alyansın hərbi məsələlərini, xüsusən də Ukraynadakı müharibə müzakirə edilib. NATO Hərbi Komitəsinin sədri admiral Rob Bauerin sədrliyi ilə keçirilən toplantı iki gün davam edəcək. Toplantının ilk günündə alyansın imkanlarının gücləndirilməsi, müdafiə və çəkindirmə gücünün gücləndirilməsi, rəqəmsal transformasiya, NATO qüvvələrinin hazırlığının qiymətləndirilməsi, hərbi ehtiyatlar və logistika kimi mövzular müzakirə olunub. İkinci gündə NATO-nun Kosovodakı Sülh Qüvvələri, Kosovodakı təhlükəsizlik mühiti və NATO-nun İraq və Ukrayna Missiyası çərçivəsində görülən işləri müzakirə edilir.

Həmçinin qərargah rəisləri NATO-nun Ukraynaya davamlı dəstəyini qiymətləndirir.

Bahadur Seyidov