Baydenin evində məxfi sənədlər tapıldı
ABŞ prezidenti Co Baydenin Delaver ştatındakı evində daha 6 məxfi sənəd tapılıb.
Demedia.az xəbər verir ki, bu barədə Baydenin şəxsi vəkili Bob Bauer açıqlama verib. O bildirib ki, Federal Təhqiqatlar Bürosunun agentləri Baydenin Delaverdəki evində axtarış aparıb. Açıqlamaya görə, təxminən 13 saat davam edən axtarış zamanı Baydenin Senat və vitse-prezidentlik dövrünə aid 6 məxfi sənəd tapılıb. Sənədlər Ədliyyə Nazirliyinin səlahiyyətliləri tərəfindən təfərrüatlı araşdırılmaq üçün götürülüb. Bildirilir ki, Bayden evində axtarış aparılmasına özü icazə verib.
Qeyd edək ki, bundan əvvəl Baydenin şəxsi ofisində vitse-prezident kimi fəaliyyət göstərdiyi dövrə aid sənədlər tapılmışdı.
Bahadur Seyidov