Ukrayna qələbə qazanacaq - Zelenski



 13:41 23.01.2023     505

“Ukrayna güclü olduğu üçün bütövdür, bütöv olduğu üçün güclüdür”.

Demedia.az xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski Ukraynanın Birlik Günü münasibətilə yayımladığı videomüraciətdə belə deyib. O bildirib ki, Ukrayna müharibədə birlik olaraq qalib gələcək. Vətəndaşları birliyə dəvət edən Zelenski qeyd edib ki, müstəqillik və ərazi bütövlüyü üçün xalq birlik nümayiş etdirməlidir. Ukraynalıların ölkənin hər tərəfini müdafiə etmək üçün döyüşdüyünü bildirən Zelenskinin sözlərinə görə, bu, milyonlarla insanın birliyidir.

“Biz qalib gələcəyik. Bütün Ukrayna qələbənin səsini eşidəcək” - Zelenski deyib.

Bahadur Seyidov