“Nüvə silahlarını məhv etməliyik” - Aleksandr Şallenberq



 16:01 23.01.2023     1032

“Dünya nüvə silahlarından xilas olmalıdır. Bu silahlar mövcud olduğu müddətdə hər kəs üçün təhlükə olaraq qalacaq”.

Demedia.az xəbər verir ki, Avstriyanın xarici işlər naziri Aleksandr Şallenberq belə deyib. O bildirib ki, nüvə silahlarının qadağan edilməsi ilə bağlı müqavilə qüvvədə olsa da, bu, təhlükəsizliyi təmin etmək üçün doğru yanaşma deyil.  

“Nüvə silahları bizi məhv etmədən onları məhv etməliyik” deyən Aleksandr Şallenberq bildirib ki, nüvə silahları ilə bağlı səsləndirilən təhdidlər beynəlxalq hüquqa ziddir.

Bahadur Seyidov