Parisdə növbəti dəfə etiraz aksiyaları keçirildi



 15:20 23.01.2023     306

Parisdə növbəti dəfə etiraz aksiyaları keçirilib.

Demedia.az xəbər verir ki, on minlərlə insan prezident Emmanuel Makronun pensiya haqqında yeni qanun layihəsinə etiraz etmək üçün Paris küçələrinə çıxıb. Aksiya zamanı polislə nümayişçilər arasında gərginlik yaşanıb. Bəzə gərginliklər qarşıdurmaya çevrilib.

Qeyd edək ki, Emmanuel Makronun pensiya yaşının 62-dən 64-ə çatdırılmasını nəzərdə tutan qanun layihəsi ölkədə gərginliyi artırıb. Fransanın bir sıra şəhərlərində etiraz aksiyaları keçirlir. Daxili İşlər Nazirliyinin açıqladığı məlumatlara görə, 1 milyondan çox insan küçələrə çıxıb. Həmkarlar ittifaqları etiraz və tətillərin Makron qanun layihəsini geri götürənə qədər davam edəcəyini açıqlayıb.

Bahadur Seyidov