Türkmənistanda “Türkmənistan Xalq Məsləhəti" quruldu



 14:42 23.01.2023     293

Türkmənistanın paytaxtı Aşqabadda Milli Şura üzvlərinin və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı ilə toplantı keçirilib.

Demedia.az xəbər verir ki, keçmiş prezident Qurbanqulu Berdiməhəmmədovun sədrliyi ilə keçirilən iclasda qanun təkliflərini araşdırmaq və təsdiqləmək kimi geniş səlahiyyətlərə malik “Türkmənistan Xalq Məsləhəti”nin yaradılması haqqında əsasnamə qəbul edilib. Məlumata görə, “Türkmənistan Xalq Məsləhəti”nin səlahiyyətlərinə Konstitusiyaya uyğun olaraq qanunların qəbul edilməsi, onlara əlavə və dəyişikliklərin edilməsi təklifləri araşdırmaq və təsdiq etmək, ölkənin daxili və xarici siyasətinin əsas istiqamətlərini müəyyən etmək, sülh və təhlükəsizlik məsələlərini qiymətləndirmək, Türkmənistan qanunlarında nəzərdə tutulmuş digər səlahiyyətləri həyata keçirmək daxildir.

Bahadur Seyidov