Zelenski Ərdoğana təşəkkür etdi



 12:22 23.01.2023     302

Ukrayna prezidenti Vladimir Zelenski türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana Qara dənizdəki  taxıl sazişinin imzalanmasındakı roluna görə təşəkkür edib. 

Demedia.az xəbər verir ki, o,  Berlində “Beynəlxalq Yaşıl Həftə” sərgisi çərçivəsində keçirilən Ümumdünya Ərzaq və Kənd Təsərrüfatı forumuna göndərdiyi video mesajında bildirib ki, Ərdoğanın sayəsində Qara dənizdəki Ukrayna limanlarının blokadası həll edilib. Zelenskinin sözlərinə görə, insanları yeməkdən, sudan məhrum etməyə çalışanlar bütün bəşəriyyətin düşmənləridir. "Bu düşmənləri birlikdə məğlub etməliyik” deyən Zelenski, bildirib ki, ölkəsi hər zaman qlobal ərzaq bazarı münasibətlərinin məsul iştirakçısı olub.

“Mən Birləşmiş Millətlər Təşkilatının  Baş katibi Quterreşə və Türkiyə Respublikasının Prezidenti Ərdoğana Qara Dənizdəki taxıl sazişinin həyata keçirilməsində səylərinə görə minnətdarlığımı bildirmək istəyirəm” -  Zelenski deyib.

Bahadur Seyidov