Türkiyədə təəccüb yaradacaq olay - Fotolar



 10:19 23.01.2023     366

Türkiyənin Kocaeli şəhərində alça ağacı yanvar ayının ortalarında həm çiçək açıb, həm də meyvə verməyə başlayıb.

Demedia.az Türkiyə mediasına istinadən bildirir ki, Sedat Acar adlı şəxs qonşusunun ağaclarını budamaq və onlara qulluq etməyə gəldiyi bağda təəccüblü hadisənin şahidi olub. Bağdakı nəinki alça, tut və albalı ağacları da meyvə verməyə başlayıb. 

Son hesablamalara görə, yanvarın sonuna kimi Türkiyənin Mərmərə Bölgəsində havanın temperaturunun 20 dərəcədən yuxarı olacağı deyilir. Bu, meyvəçilik üçün böyük təhlükədir. Çünki ağaclar yayın gəldiyini düşünərək çiçək açıb, meyvə verir. Ardınca gələcək ani soyuqlar meyvələrin düşməsinə səbəb olur. Bu vəziyyət ağacların yenidən meyvə verməsinə əngəl yaradır. 

Xəyalə Məmmədova

1

1