"Fənərbaxça" klubuna gözlənilməz təklif - Transfer oluna bilər



 18:00 23.01.2023     525

Türkiyənin "Fənərbaxça" futbol klubunun ekvadorlu ulduzu Enner Valensiya üçün transfer iddiaları bitib-tükənmir. 

Demedia.az xəbər verir ki, Səudiyyə Ərəbistanının "Əl Hilal" klubunun Valensiyanı transfer etmək istədiyi öyrənilib. 
Səudiyyə Ərəbistanında transfer mövsümü ayın sonunda başa çatacaq. Əl Hilal təmsilçilərinin Enner Valensiya meneceri ilə görüşüb onun təklifini çatdırdığı, Valensiyanın meneceri isə "Fənərbağça" heyəti ilə masa arxasına əyləşəcəyi bildirilir. 
33 yaşlı Enner Valensiyanın hazırda bazar dəyəri 3-4 milyon avro civarındadır. Ekvadorlu futbolçunun müqaviləsi mövsümün sonunda başa çatır. Müqavilə müddəti qısa olduğu üçün Əl Hilalın təklifinin də təxminən 3 milyon avro olduğu təxmin edilir. Kluba yaxın mənbələrdən alınan məlumata görə, Fənərbaxça rəhbərliyinin bu təklifi qəbul etməsi üçün komandaya hücumçu transfer etməsi lazımdır.

Aysun / Demedia.az