Yemək yeyərkən məhkəməlik oldu - Səbəbi...



 17:41 23.01.2023     481

Şapour Meftah və qardaşı İngiltərənin Kembric şəhərində baş verən hadisədən şoka düşüblər.

Demedia.az xəbər verir ki, qardaşı ilə görüşmək üçün maşını ilə yemək restoranına gedən Meftanın başına çox acınacaqlı hadisə gəlib.

Restoranda sifariş verdikdən sonra maşınına tərəf gedən Meftah burada qardaşını gözləməyə başlayıb. Bununla belə, nə baş verəcəyindən xəbərsiz idi. Aradan keçən bir neçə gündə hər şey normal idi. Amma bir səhər Meftah park şirkətindən zərf görəndə şoka düşür.
Böyük Britaniya qanunlarına görə, siz avtomobilinizdə 90 dəqiqəyə qədər zəncir market və restoranların dayanacağında yemək yeyə bilərsiniz. Gələn zərfdə yazılıb ki, Meftah bu müddəti keçib, cərimə ödəməlidir.
O bildirib ki, biz çoxlu yeməklər sifariş etdik və tələsmək istəmədik:
"Dayanacaqda 90 dəqiqə vaxtınız olduğunu bildirən heç bir işarə yox idi”.
Gündəmə gələn hadisə ilə bağlı parkinq şirkətindən açıqlama gəldi. Nümayəndə bildirib ki, belə bir məhdudiyyət var və buna səbəb hər kəsin dayanacaqlardan istifadə edərək yemək yeməsidir.

Aysun / Demedia.az