Zeytun yağı “Viaqra”dan daha təsirlidir



 18:13 23.01.2023     132

Afina Universitetində aparılan, 600-dən çox kişinin iştirak etdiyi  araşdırmada maraqlı bir hal müşahidə edilib. Məlum olub ki, zeytun yağı kişilərin cinsi həyatını müsbət yöndə dəyişə bilər.

Demedia.az Türkiyə mediasına istinadən bildirir ki, “həftədə, ən azı, 9  xörək qaşığı zeytun yağı yeyən kişilərdə sərtləşmə probleminə daha az rast gəlinir.”- mütəxəssislər belə deyir. Həmçinin, əlavə edirlər ki: “Zeytun yağı testosteron səviyyəsini yüksəldir.”

Dr. Christina Chrysohoou açıqlamalarında zeytun yağı yeməyin kişilərin cinsi həyatının uzunmüddətli problemsizliyini təmin etdiyini xüsusi vurğulayıb. 

Bəli, elm adamları zeytun yağının “Viaqra”dan daha təsirli olduğu qənaətindədirlər.  İngilis qəzeti “İndependent”də yayımlanan xəbərə görə, araşdırmaçılar zeytun yağıyla zəngin pəhrizin  damarların sağlamlığını qoruduğunu, ümumiyyətlə, qan dövranını sürətləndirdiyini isbatlayıblar. Afina Universitetində aparılan araşdırma, eyni zamanda, “Aralıq dənizi tərzi” deyilən pəhrizin kişilərdə sərtləşmə problemini 40% azaltdığını da aşkarlayıb. Qeyd edim ki, bu pəhriz proqramında meyvə-tərəvəzlər, paxlalılar, balıq və ləpələrlə bərabər, zeytun yağı da əsas siyahıdadır.

Araşdırma heyətinin rəhbəri Dr. Christina Chrysohoou`nun  açıqlamaları  əksər kişilərin marağına səbəb olub. O, deyib: “Pəhriz və fiziki aktivlik kişilərin cinsi həyatına təsirsiz qalmır. Zeytun yağı yeməklə əldə edilən cinsi həyatın uzunmüddətli sağlamlığı dərmanların yaşatdığı ötəri uğurlardan daha qiymətlidir. Başqa sözlə, zeytun yağı cinsəl problemlərin dərmansız həllidir. Artıq kişilər çoxdan anlayıb ki, “Viaqra” uzunmüddətli həllə kömək etmir. 1990-cı illərdə “Viaqra”nı təkmilləşdirən elm adamlarından biri Mike Wyllie deyirdi: “Təəssüf ki, dərman içməyi sevən insanların arasında yaşayırıq”. Zeytun yağı isə  mövcud problemin sağlam, təbii həllidir”.

"Aralıq dənizi tərzi" adlanan pəhriz damarları təmizləyir, diabet, yüksək təzyiq və köklük kimi metabolik sindrom riskini azaldır. İngilis Ürək Fondunun (British Heart Foundation) əməkdaşı Julie Ward  Afinada aparılan araşdırma ilə bağlı fikir bildirərək təəccüblənmədiyini deyib. Əlavə edib ki: “Ürək-damar sisteminə faydalı olan “Aralıq dənizi pəhrizi”nin kişilərin cinsəl həyatı sağlamlaşdırdığını bütün dünyaya duyurmaq lazımdır”.

Xəyalə Məmmədova