Mənfi düşüncə depressiyanı artırır - Çıxış yolu nədir?



 21:44 23.01.2023     499

"Daimi neqativ düşüncə xroniki stressə, narahatlıq və depressiyaya, hətta "Alzheimer" xəstəliyinə səbəb olur".

Demedia.az Türkiyə mediasına istinadən bildirir ki, bunu türkiyəli nevroloq Meliha Aydın müsahibəsi zamanı qeyd edib. Həkim davamlı mənfi düşüncələrin insanda vərdiş halına gələ biləcəyinə diqqət çəkib:

"Həyatımızın bir çox sahəsində bəzən müsbət, bəzən də mənfi fikirlərdə ola bilirik. Amma bəzi insanlar üçün mənfi düşüncələr bir vərdişdir və qopa bilmirlər. Müdaxilə edilmədiyi təqdirdə bu düşüncələr davam edir və bu da insanların beyninə həm struktur, həm də funksional olaraq mənfi təsirlər buraxır. Həddindən artıq düşünmək zamanla fərqli psixoloji problemlərə yol aça bilər". 

Həkim bu problemdən çıxış yolunu da insanlara göstərir:

"1- Diqqətinizi yayındıracaq müsbət fəaliyyətlər tapın. 
2- Təkrarlanan düşüncə dövrlərində ilişib qaldığınızı dərk edin. İndiki mənfi düşüncələrinizin artıq məhsuldar olmadığını qəbul edin. Diqqətinizi başqa yerə yönəldin.
3- Problemin həllinə diqqət yetirin və müsbət emosiyalar yaradın. Yaşadığınız problemlərdən narahat olmaq əvəzinə həll yollarına diqqət yetirməyə çalışın.
4- Lazım gəldikdə düşünməyi təxirə salın. Çox vaxt arzuolunmaz mənfi düşüncə haqqında düşünməyi gecikdirmək faydalıdır.
5-  Mənfi düşüncələrinizi müəyyənləşdirin, qorxularınızı qəbul edin. Bunu qəbul etməyi öyrənmək mənfi düşüncənin qarşısını almaq üçün uzun bir yol keçməyə imkan verir.
6- Beyninizi müsbət düşünməyə daha meylli edin. Müsbət anlayışlarla nə qədər çox tanış olsanız, neqativdən uzaqlaşmaq bir o qədər asan olar.
7- İstirahət yollarını tapın. Diqqətinizi indiki anda yaşamağa yönəltməklə, dünənki hadisələrdən narahat olmaq və ya sabahkı iş qrafikindən narahat olmaq üçün vaxt itirməyin qarşısını ala bilərsiniz".

Xəyalə / Demedia.az