Aİ İrana qarşı yeni sanksiyalar qəbul etdi



 09:11 24.01.2023     694

Avropa İttifaqı (Aİ) İrana qarşı sanksiyaları genişləndirib.

Demedia.az xarici KİV-ə istinadən xəbər verir ki, 18 şəxs və 19 təşkilata qarşı sanksiya tətbiq edilməsi barədə qərar qəbul edilib.

Avropa Birliyi Şurası “sanksiyaların səbəbi İranda insan haqlarının pozulmasıdır” deyə, bəyanat verib.

Məhsa Əmininin ölümündən sonra nümayişlərə cavab olaraq sanksiyaya məruz qalan şəxslər və təşkilatların rolları qeyd olunub.

Sanksiyaya məruz qalan şəxslər arasında İranın gənclər və idman naziri, deputatlar, qubernatorlar, dövlət mediasının əməkdaşları, İran İnqilabı Keşikçiləri Ordusunun bəzi yüksək rütbəli məmurları var.

Bu qərarla Avropa Birliyinin tətbiq etdiyi iranlıların sayı 164-ə, təşkilatların sayı isə 31-ə çatıb.