Erməni kilsəsində yanğın: 2 nəfər öldü



 08:49 24.01.2023     428

İstanbulun Beyoğlu şəhərindəki Surp Pırgiç Erməni Katolik Kilsəsində yanğın olub.

Demedia.az “Hurriyet.com”a istinadən xəbər verir ki, yanğın kilsənin iqamətgah hissəsində baş verib.

Yanğın zamanı 2 nəfər həyatını itirib, 2 nəfər xəstəxanaya çatdırılıb.

Yanğınsöndürənlər çətinliklə də olsa yanğının qarşısını ala bilib.

Xəyalə / Demedia.az